Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mayın 12-də Heydər Əliyev Sarayında Fransa estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı keçiriləcək. Heydər Əliyev Sarayının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Parisdən məhəbbətlə” adı altında baş tutacaq konsertdə fransa estradasının ulduzları Dany Brillant, Julie Zenatti, Hugues Aufray, Chimene Badi, Gerard Lenorman və Julien Dassin səhnə alacaq.
Saat 20:00-da başlayacaq konsertin biletləri 10-30 manatdır.