Fərhad Xəlilov: “Toğrul çox böyük, məşhur bir rəssam idi”
03 iyul 2013 22:13 (UTC +04:00)

Fərhad Xəlilov: “Toğrul çox böyük, məşhur bir rəssam idi”

Xəbər verildiyi kimi, Azərbaycanın və SSRİ-nin xalq rəssamı Toğrul Nərimanbəyov bu gün Parisin mərkəzi məzarlığı hesab olunan Passi qəbiristanlığında torpağa tapşırılıb.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, mərasimdə mərhumun ailə üzvləri, Azərbaycanın Fransadakı səfirliyinin, Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.

 

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun Toğrul Nərimanbəyovun dəfnindən sonra mərhum haqda fikirlərini bölüşüb:  

 

“Toğrul çox böyük, məşhur bir rəssam idi və illər keçdikcə daha da böyüyəcək. Amma Toğrul Nərimanbəyov həm də teatrda işləyəndə də özünün istedadını göstərmişdi, çox gözəl səsi var idi, əsl xanəndə kimi oxuyurdu, klassik mahnılar oxuyurdu. Toğrul doğurdan da həyatı o qədər sevirdi ki, sağlığında biz onun adını akademik qoymuşduq. O, dostluq, bir yerdə xoş vaxtların keçirilməsi, həyat üzrə bir alim idi. Ona görə də bu gün mənim üçün Toğrulla vidalaşmaq çox çətindir. Ona yaraşmır həyatdan getmək, amma həyat hamımız üçün eyni qurulub və hamımız gedəcəyik. Toğrul çox böyük və gözəl bir həyat yaşamışdı və həyatından sonra da yaşayacaq. Onun əsərləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrinin muzeylərində, şəxsi kolleksiyalarda var və Toğrul həmişə öz istedadını insanlara bağışlayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814
avatar

Oxşar yazılar