Fazil Mustafadan Ramiz Rövşənə şeir
16 dekabr 2012 00:07 (UTC +04:00)

Fazil Mustafadan Ramiz Rövşənə şeir

Millət vəkili Fazil Mustafa Ramiz Rövşəndən təsirlənib yazdığı şeirlərdən birini paylaşıb.
Facebook sosial şəbəkəsindəki sıhifəsində şair Ramiz Rovşəni doğum günü münasibətilə təbrik edən millət vəkili onunla bağlı bir şeylər yazmaq istədiyini qeyd edib: “Bir var istedadlı şair, bir də var həm istedadlı, həm də bilgə şair. Ramiz Rövşən istedadlı- bilgə şairdir. İstənilən həyat hadisəsinə, istənilən varlığa münasibətdə özünəməxsus və bilgin mühakiməyə sahibdir Ramiz Rövşən. İstedadına arxayın olub dünəndə kilidlənməyən bir şairdi. Hər gün yeniləşə bilən, təptəzə zəkaya sahib bir şəxsiyyətdir. Bunları yazanda xatırımə düşdü bir vaxtlar cızma-qara edəndə ondan necə təsirləndiyim anlar. Hətta ona yazdığım şeri Əkrəm Əylisli o vaxtın sənət əsəri olan "Azərbaycan" dərgisində 1983-cü ildə dərc eləmişdi. Bəlkə də bir-iki bəndi yadımdan çıxar, olsun, bu şəkildə təbrik daha maraqlı olar deyə Ramiz Rövşənə ərməğan edirəm.

YAZ GECƏSİ
Ramiz Rövşənə

Yaman darıxıram bu yaz gecəsi,
Tək-tənha qalmışam yer göy arası.
Gözümdən asılıb dümağ ulduzlar,
İçimə hopubdur zülmət qarası.

Bu yaz gecəsin tənhalığında
Tumurcuq adlanan bir qız yaşayır.
Neyləsin Tanrının işi belədir-
Səssizlik işində yalqız yaşayır.

Tanrım izin versə, yalqızlara mən,
Yarpaq pıçıltılı həyat paylaram.
Bütün gecələrin içində yalnız
Bu yaz gecəsini mən haraylaram.

Bu yaz gecəsinin azalır ömrü-
Onun ömrün kəsən aydın sabahdı.
Ömrümü verərdim bu gecəyə mən,
Verərdim inanın, neyləyim ancaq-
Bu yaz gecəsində ölmək günahdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51