Ermənilərə daha bir tarixi sübut
15 yanvar 2013 18:38 (UTC +04:00)

Ermənilərə daha bir tarixi sübut

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə yeni əsərlər daxil edilib. Lent.az-ın məlumatına görə, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Patronlar Şurasının üzvü İsmayıl Seragəldinin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycana məxsus tarixi əlyazmaların orijinalları dünyanın ən nüfuzlu mərkəz, muzeylərindən toplanaraq, Azərbaycana "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi"nin arxivinə toplanması layihəsi çərçivəsində Azərbaycan tarixinə məxsus çox önəmli 2 ədəd orijinal xəritə və 6 ədəd orijinal “Xəmsə”nin əlyazması Mərkəzə verilib.
 

Bu əlyazmalar hədsiz əhəmiyyətə malik bir məlumatlar toplusudur. Belə ki 1-ci xəritə qədim Azərbaycan ərazisində Alban, Atropatena dövlətlərini və o cümlədən regionda mövcud olan Assuriya, Midiya, Parfiya, Babilistan kimi dövlətlərin ərazisi və onlara aid adlar qeyd olunub. Ən önəmlisi isə bu xəritədə Gəncə, Naxçıvan və Bakı xüsusi olaraq Albanların əsas mərkəzləri kimi qeyd olunub və ermənilərin iddia etdikləri Ermənistan dövlətinin mövcud olmadığını sübut edir. Digər xəritə İranda 19-cu əsrin əvvəlinə aid olan və Amerikada saxlanılan xəritədir ki, Cənubi Azərbaycan “Azərbaycan” adı altında qeyd olunub.
 

Bu layihə Gəncə şəhər İcra Hakimiyyəti, Diasporla İş üzrə Dövlət Komitəsi, Milli Azərbaycan Tarixi muzeyi ilə birgə keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2096
avatar

Oxşar yazılar