“Eurovision 2011” Mahnı Müsabiqəsində Azərbaycana birincilik gətirən müğənni Eldar Qasımov İtaliyada səfərdədir. Lent. az-ın məlumatına görə, ifaçının martın 28 və 29-da Roma şəhərində “Xaricdə Təhsil alan Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu”nun “Azərbaycan 2020: Gənclərin baxışı” tədbiri çərçivəsində keçiriləcək böyük konsert proqramında çıxışı gözlənilir.