Çağdaş dövrün tanınmışları Nizami Gəncəvi haqqında
29 dekabr 2012 01:18 (UTC +04:00)

Çağdaş dövrün tanınmışları Nizami Gəncəvi haqqında

Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi ilə bağlı dünyanın tanınmış alimlərinin «Nizami Gəncəvi - dahi Azərbaycan şairi» adı altında məqalələrinin toplusundan ibarət ilk dəfədir kitab hazırlanılır.

 

Lent.az-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən daxil olan məlumata əsasən,  Gəncə şəhər icra hakimiyyətinin ev sahibliyi ilə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Amerikada fəaliyyət göstərən Qarabağ Fondu ilə birlikdə ölkələrin Milli Kitabxanalarına, elm və mədəniyyət mərkəzlərinə göndərilməsi üçün Nizami Gəncəvi, onun yaşadığı məkan, dövrünün mədəniyyəti, Nizaminin dünya xəzinəsinə verdiyi töhfənin təqdim olunması üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasına daxil olan dünya miqyaslı ziyalılar və ictimai xadimlərin məqalələrindən və Mərkəzə məxsus olan orijinal illüstrasiya və əlyazmalardan ibarət nəfis tərtibatlı kitab hazırlanır.

Bura məşhur İsgəndəriyyə Kitabxanasının direktoru cənab Dr. İsmayıl Seragəldin, Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva, Türkiyənin 9-cü prezidenti Süleyman Dəmirəl, YUNESKOnun ali komissarı səfir Valter Füst, dünyanın ən nüfuzlu qadın alimi Baronessa Susan Greenfield, İsvec Kraliçası Fondunun direktoru Dr. Farida Allaghi və bir sıra çox nüfuzlu xadimlərin, Metropolitan Muzeyinin İslam mədəniyyəti şöbəsinin direktoru, Bavariya Kitabxanasının direktorunun, Kəşmir Universiteti rəhbərinin, Gürcüstanın məşhur türkoloqu xanım Giuli Alasaniyanın Nizami Gəncəvinin ümumbəşəri əhəmiyyəti haqqında geniş məqalələri yer alıb.
 

İsgəndəriyyə Kitabxanasının direktoru  doktor İsmayıl Seragəldin «Şərq ədəbiyyatının və mədəniyyətinin atası sayılan Nizami Gəncəvinin irsini daima yaşatmalıyıq», Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga «Nizami Gəncəvi Azərbaycan xalqının sərvətidir», Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva «Nizaminin ruhu, qəlbi daima azəri olub», Türkiyənin 9-cü prezidenti Süleyman Dəmirəl «Nizami Türk dünyasının qürurudur, ən parlaq simasıdır», Baronessa Susan Greenfield «12-ci əsr Azərbaycanda dünyaya gəlib, Şərq intibahının ən nüfuzlu siması olan dahi Nizami».

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51