Yaşasaydı 91 yaşı olacaqdı <span style="color:red;">- Şəfiqə Axundova
21 yanvar 2015 11:35 (UTC +04:00)

Yaşasaydı 91 yaşı olacaqdı - Şəfiqə Axundova

0

Bu gün tanınmış bəstəkar, xalq artisti Şəfiqə Axundovanın doğum günüdür. Lent.az-ın məlumatına görə, Şəfiqə xanım 2013-ci iyulun 26-da uzun sürən xəstəlik nəticəsində 89 yaşında dünyasını dəyişib. Mərhum bəstəkar xroniki qan dövranı çatışmazlığı, hipertoniya və şəkərli diabet xəstəliklərindən əziyyət çəkirdi.

 

1924-cü il yanvarın 21-də Şəkidə anadan olan Ş.Axundova 1943-1944-cü illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar