Bu gün Milli Teatr günüdür
10 mart 2014 16:43 (UTC +04:00)

Bu gün Milli Teatr günüdür

0

10 mart – Milli Teatr günüdür. Lent.az-ın məlumatına görə, 1873-cü ilin bu günündə Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub.

 

Bu tamaşa ilə Azərbaycanda milli teatr yaranıb. İlk səhnə əsərinin ərsəyə gəlməsində Həsənbəy Zərdabi və Nəcəfbəy Vəzirov da mühüm rol oynayıb. Milli teatrın inkişafında isə məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binasını inşa etdirib. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə simaları yetişib.

 

Şərqdə ilk peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqün formalaşmasında, maariflənmənin sürətlənməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların əsl carçısına çevrilib.

Azərbaycan Dövlət Teatrının pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açılıb. Sovet hakimiyyəti illərində və Azərbaycanın yenidən müstəqillik qazanmasından sonra teatr sənəti daha da inkişaf edib, yeni-yeni əsərlər səhnələşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 747

Oxşar yazılar