Bəstəkarlar İttifaqının yeni sədri kim olacaq?
18 dekabr 2012 18:49 (UTC +04:00)

Bəstəkarlar İttifaqının yeni sədri kim olacaq?

Dekabrın 18-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) bu qurumun IX qurultayının yekunlarına həsr edilmiş dəyirmi masa keçirilib. İttifaqın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək dekabrın 14-dən 18-dək Bakıda Azərbaycan Bəstəkarlar İttifaqının növbəti, IX qurultayının keçirildiyini deyib. O bildirib ki, qurultay çərçivəsində ölkənin bir sıra mədəniyyət salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərindən ibarət müxtəlif janrlarda rəngarəng konsert proqramları təşkil olunub. Yekun konserti isə bu gün axşam Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin ifasında olacaq. Firəngiz Əlizadə qurultay ərəfəsində çap edilən nəşrlər haqqında danışıb. Bildirib ki, bu kitab və toplulara ABİ-nin tarixi, 5 illik fəaliyyəti, Azərbaycanını görkəmli bəstəkarlarının həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar və bu qurum tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlər haqqında materiallar daxil edilib. 

Bildirilib ki, qurultayda xarici ölkələrdən  nümayəndələr iştirak ediblər.

 

Dəyirmi masada Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayı çərçivəsində təşkil edilən konsert proqramları ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində musiqişünasların ABİ-nin 5 illik fəaliyyətinə və Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığına həsr etdikləri kitabların sərgisi açılıb.

 

Bir neçə gün bundan sonra isə Bəstəkarlar İttifaqına yeni sədr seçilməsi ilə bağlı toplantı keçiriləcək. Hələlik namizədlərin adları bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 925

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51