Bu ilin mayında Bakıda Ukrayna Mədəniyyət Günləri keçiriləcək. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bununla əlaqədar olaraq Ukraynanın 82 nəfərdən ibarət nümayəndə heyəti Bakıya gələcək. Mədəniyyət Günləri çərçivəsində Ukraynanın aparıcı kollektivlərinin iştirakı ilə çoxsaylı konsertlərin keçiriləcəyi gözlənilir.
Mədəniyyət günləri çərçivəsində bir sıra sərgilər, o cümlədən "Ukrayna bu gün", "Ukraynanın qızıl xəzinəsi" skif qızılı bədii holoqramlar sərgisi də keçiriləcək. Ukrayna kinosu və mətbəxi həftəsinin keçiriləcəyi, Ukraynanın turizm potensialının təqdim ediləcəyi də gözlənilir.
Tədbirin keçirilməsi müddəti iki ölkənin mədəniyyət və turizm nazirlikləri arasında razılaşdırılacaq.