Bakıda ata-oğulun sərgisi açıldı
25 dekabr 2012 15:22 (UTC +04:00)

Bakıda ata-oğulun sərgisi açıldı

0

Dekabrın 24-də Bakıdakı "1969" sərgi salonunda mərhum rəssamlar, ata-oğul Həsən və Ucal Haqverdiyevlərin sərgisi açılıb. Lent.az-ın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər iki fırça ustasının özünəməxsus yaradıcılıq üslubundan söz açıb. Nazir Ucal Haqverdiyevi orta nəslə mənsub rəssamlar sırasında parlaq istedadı ilə fərqlənən fırça ustası adlandıraraq bildirib ki, Ucal Haqverdiyevin əsərlərində fərqli ruhun varlığı aşkar sezilir. Tədbirdə çıxış edənlər hər iki fırça ustası haqqında unudulmaz xatirələrini bölüşüblər. 

 

Bildirilib  ki, onların ölməz sənət yolu bu gün də doğmaları tərəfindən uğurla davam etdirilir. Sərgi həftənin sonunadək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1033

Oxşar yazılar