Azərbaycanlı səfirin əsəri tamaşa qoyulub
13 yanvar 2015 11:48 (UTC +04:00)

Azərbaycanlı səfirin əsəri tamaşa qoyulub

0

Binəqədi Rayon İcra Hakimiyyəti və “İrəvan” Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə şair-dramaturq Hidayət Orucovun  “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanmış tamaşası nümayiş olunub. Lent.az-ın məlumatına görə, tamaşa Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin 2015-ci il üçün təsdiq edilmiş iş planının 41-ci bəndinə uyğun olaraq “Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği” istiqamətində  ilk tədbiri olaraq təşkil edilib.

Akademik Milli Dram Teatrında tamaşanı izləyənlərin sırasında əsərin müəllifi şair-dramaturq Hidayət Orucov,  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, millət vəkilləri Nizami Cəfərov,  Gülçöhrə Məmmədova, AMEA-nın vitse-prezidenti, professor İsa Həbibbəyli,  rayon icra strukturlarının rəhbərləri, ictimai birliklər, media nümayəndələri, məktəblilər və rayon ictimaiyyəti olub.

Tamaşa  XX əsrin  sonlarında  Qafqazda münaqişələrin alovlanması məqsədi ilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir.

Səhnə əsərində “İrəvan” teatrının aktyorları rol alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 654

Oxşar yazılar