Azərbaycanlı bəstəkar Sevinc Tofiqqızı Türkiyədə “Türk Dünyası Hizmet Ödülü” mükafata layiq görülüb. Lent.az-ın məlumatına görə, bəstəkar Ankarada olan Kərkük Mədəniyyət Dərnəyinin qonağı olub. S.Tofiqqızı Türkiyə, Kərkük və Türk dünyası mədəniyyət, sənət və musiqisinə verdiyi xidmətlərinə görə, Kərkük Mədəniyyət Dərnəyi tərəfindən "Türk Dünyası Xidmət Mükafatı" ilə təltif edilib.
Xatırladaq ki, mükafatı S.Tofiqqızına Kərkük Mədəniyyət Dərnəyi Başçısı Dr. Şəmsəddin Küzeci təqdim edilib.
Onu da deyək ki, bəstəkar Sevinc Tofiqqızı yenidən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycan səfirliyinin mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyi ilə Türkiyəyə yola düşüb.