Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün təşkil edilən milli seçim turunun beşinci yarımfinalçısı məlum olub.
Lent.az-ın məlumatına görə, İctimai TV-nin canlı yayımında 9 nəfər öz gücünü sınayıb.
Tamaşaçıların və münsiflərin səsverməsinin nəticələrinə əsasən, milli seçim turunun beşinci həftəsinin qalibi leyla Qafari olub
Qeyd edək ki, milli secim turunun əvvəlki həftələrinin qalibləri - Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadiyeva , Leyla Əliyeva olub.
Xatırladaq ki, ümumilikdə 80-ə yaxın namizəd “Eurovision 2013” –də Azərbaycanı təmsil etmək uğurunda mübarizə aparacaq. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək. 8 həftə davam edəcək ilk turdan 8 namizəd yarımfinala vəsiqə qazanacaq.
Azərbaycan mayın 16-da ikinci yarımfinalda, ikinci nömrə altında çıxış edəcək.
Azərbaycanı “Eurovision”da kim təmsil edəcək?
1901