İrəli İctimai Birliyi “İradio” – Gənclərin radiosunu gənclərə təqdim edib. Təşkilatdan Lent.az-a verilən məlumata görə, “İradio” gənclər üçün 10 yeni veriliş hazırlayıb.
İradio “İstintaq davam edir”, “Kimsən sən”, “Bənövşəyi mandarin”, “Aysberg”, “25-ci kadr”, “3 Nöqtə”, “Mənim universitetim”, “Fashion”, “Xəbər gənc”, “Karaoke vaxtı” verilişlərini siz gənclərə təqdim edəcək.
“İradio”nun ilk qonaqları Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov olub.
Eyni zamanda www.iradio.az saytıda gənclərə təqdim olunub. İradionun yayımlanma vaxtı: həftənin 7 günü, 24 saatdır.