AMEA Əlyazmalar İnstitutu XVII əsr Azərbaycan şairinin divanını əldə edib
18 iyun 2013 14:14 (UTC +04:00)

AMEA Əlyazmalar İnstitutu XVII əsr Azərbaycan şairinin divanını əldə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu Səfəvilər dövründə yaşamış Azərbaycan şairi, Şah Səfi (1629-1642) və II Şah Abbasın dövründə yüksək dövlət vəzifələrində işləmiş Mürtəzaqulu xan Şamlu Zəfərin Kembric Universiteti kitabxanasında saxlanan divanının surətini əldə edib. İnstitutdan Lent.az-a verilən xəbərə görə, üzərindəki qeyddən divanın 1669-cu ildə tamamlandığı məlum olur. Səfəvilər sarayında eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin valisi və Ərdəbil vəziri vəzifələrində çalışmış Mürtəzaqulu xanın 839 beytdən ibarət Azərbaycan dilindəki divanı 114 qəzəl, 3 kiçik həcmli məsnəvi, 3 tərkibbənd, 2 tərcibənd, 1 müxəmməs, 1 müstəzad,  5 qitə, 1 rübaidən ibarətdir.        

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612
avatar

Oxşar yazılar