(R) Məlik Ağamalovun sərgisi açıldı
21 dekabr 2012 11:46 (UTC +04:00)

(R) Məlik Ağamalovun sərgisi açıldı

Azərbaycanda müasir təsviri incəsənət məktəbinin ən görkəmli nümayəndələrindən

olan Məlik Ağamalovun fərdi sərgisi keçirilib. Unibankın dəstəyi ilə Müasir İncəsənət Muzeyində təşkil olunan sərgidə Məlik Ağamalovun son dövrlərdə çəkdiyi rəsm əsərləri nümayiş etdirilir. İstedadlı rəssamın Fərdi sərgisinə Heydər Əliyev Fondu, Müasir İncəsənət Muzeyi, Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqı dəstək verib. Məlik Ağamalov Azərbaycanın müasir sənətinin “intellektual qanadı”nın əsas fiqurlarından hesab olunur. O, əsərinin məhvər ideyasını məharətlə oynatmaqla, həcmli formalardan istifadə etməklə, materialın fakturasını dəyişməklə, bəzən latın sözlərinin qrafik təsvirini verməklə sanki ara qarışdırır, fitnə-fəsada əl atır, heyrətləndirir, lakin heç vaxt zövqün kövrək sərhədlərini aşmır. Lakin başlıcası budur ki, rəssam apardığı estetik cəhətdən ölçüb-biçilmiş intellektual oyunun arxasında incəsənətdə başlıca meyarı – insanın daxili aləmini göstərməyi unutmur.

 

Bədii üsullardan geniş şəkildə istifadə edən konseptualist rəssamın əsərləri ölkəmizlə yanaşı Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və BƏƏ -də nümayiş etdirilib.

 

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Məlik Ağamalovun Azərbaycanın rəssamlıq sənətində özünəməxsus yeri olduğunu, sənətkarın əsərlərində fərdi dünyagörüşü modelini quraşdırdığını, tamaşaçıya qəlbinin hərəkətini çatdırmağa çalışdığını vurğulayıblar. Rəssam Məlik Ağamalovun fərdi sərgisi 2013-cü il yanvar 13-dək ziyarətçilərin üzünə açıq olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1319

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51