<span style="color:red;">(R)  Park Cinema – Azərbaycanda insanların ən çox gəldiyi kinoteatrdır
08 aprel 2014 11:00 (UTC +04:00)

(R) Park Cinema – Azərbaycanda insanların ən çox gəldiyi kinoteatrdır

Dünya kinoindustriyasının 20Th Intl.» kimi nəhəng şirkətləri “Park Bulvar” Ticarət Mərkəzində fəaliyyət göstərən “Park Cinema” kinoteatrının Azərbaycanda insanların ən çox gəldiyi kinoteatr olduğunu bəyan ediblər. 2013-cü ildə “Park Cinema” kassa yığımlarına görə bütün rəqiblərini geridə qoyaraq bu göstəriciyə görə respublikada şərtsiz lider olub.

 

“Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevin verdiyi məlumata görə, “Film Distribution” (20Th Bros Pictures Intl. şirkətinin rəsmi distributoru»), “İnter Cinema” (Paramount Pictures İntl. şirkətinin rəsmi distributoru) şirkətlərinin rəsmi nümayəndələrinin “Park Cinema” kinoteatrının ünvanına göndərdikləri məktublarda qeyd olunur.

 

Namiq Quliyev “Park Cinema” kinoteatrına dünya kino prokatının nəhəngləri tərəfindən bu cür yüksək qiymətin Azərbaycanda kinoteatrların sayının artması fonunda verilməsinin xüsusilə xoş olduğunu qeyd edib. Onun sözlərinə görə, kinoteatrlar arasında rəqabətin artmasına baxmayaraq, “Park Cinema” peşəkar əməkdaşlardan ibarət komandası sayəsində özünün lider mövqeyini əminliklə qoruyub saxlayır. Məhz əməkdaşlarının özünü istər dünya kinoprokatının ən yeni filmlərinin əldə edilməsi, şəhərin sakinləri və qonaqlara ən yüksək servis xidməti göstərilməsi olsun, istərsə də kinoteatrlara daha çox kinomanın cəlb edilməsi məqsədilə keçirilən müxtəlif aksiyalar keçirməsində biruzə verən peşəkarlığı sayəsində “Park Cinema” Azərbaycanın kassa yığımlarına görə ən öndə gedən kinoteatrı elan edilib.

 

“Sözsüz ki, bu, bizim üçün əhəmiyyətli qələbədir və biz bütün tərəfdaşlarımıza, eləcə də

bizim dostlarımız olan regional tərəfdaşlarımıza – İnter Cinema, İnter Film İnterneşnl, Film Distribution şirkətlərinə təşəkkürümüzü bildiririk. Biz əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmək fikrində olmayıb, kino həvəskarlarını xoş aksiya və sürprizlərlə sevindirməyi davam etdirəcəyik. Bizim şəbəkədə artıq 12 ekran var, ilin sonuna kimi daha 11 ekran əlavə olunacaq. Yekunda biz kino həvəskarlarına, qonaqlarımıza 3500 nəfərlik ümumi yer təklif edə biləcəyik”, - deyə Namiq Quliyev vurğulayıb.

 

Namiq Quliyevin sözlərinə görə, dünya kino prokatının nəhənglərinin verdiyi yüksək qiymət kinoteatrın fəaliyyəti üçün yaxşı stimul olacaq və “Park Cinema” insanların ən çox gəldiyi, kassa yığımlarına görə lider olan və vətəndaşlarımızın ən sevimli kinoteatrı statusunu daha da möhkəmləndirmək üçün səylərini əsirgəməyəcək.

 

Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan “Park Cinema” 16 oktyabr 2010-cu il

tarixində fəaliyyətə başlayıb. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılıb. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 932

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07