Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Belarus mədəniyyət günlərinin açılışı olub. APA-nın məlumatına görə, tədbirlər iki ölkə arasındakı əlaqələrin 20-ci illiyinə həsr olunub. Tədbirdən əvvəl çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirin müavini Ədalət Vəliyev bildirib ki, 4 gün davam edəcək tədbir çərçivəsində konsert, sərgi, Belarusda çəkilən filmlərin nümayişi nəzərdə tutulub. Ə.Vəliyev vurğulayıb ki, Azərbaycan və Belarus arasında yüksələn xətlə inkişaf edən əlaqələr var və iki ildən bir ölkələr qarşılıqlı sürətdə mədəniyyət günləri keçirdirlər.
Daha sonra çıxış edən Belarusiya mədəniyyət və turizm nazirin müavini Vasiliy Çernik isə bildirib ki, bugünkü tədbir Azərbaycanın mədəniyyət həyatında əlamətdar bir yer tutur.
Bundan sonra başlayan konsertdə isə Belarusiyadan gələn artistlər, “Svyata” milli rəqs ansamblı, Belarus akademik dram teatrın solistləri və Azərbaycan əsilli belarus müğənni Günəş Abasova öz repertualarında olan mahnıları konsertdə toplaşan tamaşaçılar üçün ifa edib.
Qeyd edək ki, Belarus mədəniyyət günləri çərçivəsində iyunun 5-i fotosərgi və “Brest qalası”, iyunun 6-ı isə “Belmandonun oğurlanması” filmlərinin nümayişi nəzərdə tutulub. Mədəniyyət günlərin iyunun 7-də sona çatacaq.