İyunun 24-də Beynəlxalq Muğam Mərkəzində "Sülhməramlı və dost ölkələr" adlı konsert keçiriləcək.
APA-nın məlumatına görə, tədbir Koreyanın Azərbaycandakı səfirliyi və SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının tərəfindən təşkil olunub.
Konsertdə Koreyadan gəlmiş sağlamlıq imkanları məhdud olan musiqiçilər tamaşaçılara Koreya milli musiqi əsərləri və klassik əsərləri ifa edəcəklər.