Bu gün Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan-Rusiya. Musiqi paralelləri" adlı sərginin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm nazirliyinin aparat müdiri Firudin Qurbanov sərginin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsinin bariz nümunəsi olduğunu deyib: “Azərbaycanla Rusiya arasında istər siyasi-iqtisadi, istərsə də mədəni əlaqələrin tarixi qədimdir. Bu tədbirdə də musiqi muzeylərinin bir araya toplanması sevindirici haldır. Çünki mədəniyyətlər və xalqlar arasında ən güclü səfir musiqidir”.
Tədbirdə Rusiyanın M.İ.Klinka adına Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Valentin Denisov da çıxış edib. Tədbirin sonunda Azərbaycanın xalq artisti Ramiz Quliyev tələbələri ilə birgə kiçik konsert proqramı ilə çıxış edib. Açılış mərasimində həmçinin Saxa Respublikasının əməkdar artisti Anna Petrovskaya da tanınmış opera əsərlərindən parçalar ifa edib.
Sərgidə Rusiya, Belarus, Ukrayna kimi ölkələrdə Azərbaycanın tanınmış incəsənət xadimləri haqqında keçirilmiş tədbirlərin foto şəkilləri nümayiş olunub. Sərgi paralel şəkildə olduğu üçün Azərbaycan tərəfindən də Rusiyanın məşhur musiqiçiləri haqqında keçirilmiş tədbirlərdən çəkilən və kolleksiyada olan şəkillər nümayiş edilib.
İki gün davam edəcək sərgi iyunun 15-də yekunlaşac