“Yunus Əmrə - Eşqin səsi” filminin qala-gecəsi keçiriləcək
10 fevral 2014 22:12 (UTC +04:00)

“Yunus Əmrə - Eşqin səsi” filminin qala-gecəsi keçiriləcək

0

Fevralın 13-də Nizami Kino Mərkəzində “Yunus Əmrə - Eşqin səsi” türk filminin qala-gecəsi keçiriləcək.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, filmin çəkilişi Yunus Əmrənin məmləkəti olan Əskişəhərin 2013-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı - “Qalıcı Əsərlər” layihəsi çərçivəsində reallaşıb.

 

Filmin rejissoru Kürşat Kızbazdır. Yunus Əmrə obrazını Devrim Evin canlandırıb. Filmdə Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Ahmet Mekin iştirak ediblər.

 

Nizami Kino Mərkəzindən bildiriblər ki, qala-gecəsində filmin ssenari müəllifi və rejissoru Kürşat Kızbaz, aktyorlar Devrin Emin, Altan Gördüm, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri iştirak edəcəklər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1364

Oxşar yazılar