Azərbaycan kinosunda özünəməxsus iz qoymuş kinooperator Fikrət Əsgərov dünən ömrünün 70-ci ilində dünyasını dəyişib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, 1943-cü ildə Gəncə şəhərində doğulan Fikrət Əsgərov 1972-ci ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini (B.Volçekin emalatxanasını) bitirib.
1959-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Tanınmış operator “Qayınana”, “Yük”, “Kişi sözü”, “Möcüzələr adası”, “Toy”, “Bizi bağışlayın” və s. kimi məşhur filmlərin quruluşu operatoru olub.
“Qayınana”nı çəkən operator vəfat etdi
1305