“Günəşin batdığı yer ”- Xocalı
27 fevral 2013 15:41 (UTC +04:00)

“Günəşin batdığı yer ”- Xocalı

Fevralın 24-də Almaniyanın Şömberq şəhərində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. Lent .az-ın məlumatına görə, tədbir Dəyanət İşləri Türk İslam Birliyinin  “ Fətih” camesinin başqanı Hikmət Doğrunun, başqan yardımçıları Əlirza Kablanın və Musa Sancarın  təşkilatçılığı və dəstəyi, alman  nümayəndələrinin iştirakı ilə təşkil edilib.

 Keçmiş döyüşçü, ehtiyatda olan zabit, kapitan  Adil Kərimovun verdiyi məlumata görə, Almaniyada baş tutan tədbirə ictimaiyyət nümayəndələri ilə yanaşı jurnalistlər  də dəvət olunub.

Tədbirdə   kinossenariçi Eldar  İsgəndərzadənin ssenarisi əsasında,  kinorejissor Elşən Zeynallının çəkdiyi, ingilis, rus və Azərbaycan dillərində olan  Günəşin batdığı yer adlı bədii-sənədli televiziya filmi nümayiş etdirilib.

Tədbir iştirakçılarına 200-dən çox  film yazılmış disk və  “Azərbaycan soyqırımı ” kitabı paylanıb. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 971
avatar

Oxşar yazılar