Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Sarayının birgə təşəbbüsü və təşkilatçılığı ilə fevralın 1-də Gənclər gününə həsr olunmuş “Gəncləşən Muğam-4” adlı gənc xanəndələrin konserti keçiriləcək. Sarayın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu konsert xalq artisti, tanınmış xanəndə, professor Mənsum İbrahimovla, əməkdar artistlər, tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsidir.
Gənclərin muğam sənətinə olan həvəs və marağını artırmaq məqsədilə keçirilən
“Gəncləşən Muğam – 4” layihəsinin məşqləri davam edir. Budəfəki “Gəncləşən
Muğam-4” layihəsi digərlərindən bir sıra yeniliklərinə görə fərqlənəcək. Konsertdə
yalnız Mənsum İbrahimovun deyil, digər ustad xanəndələrimizin tələbələri,
müxtəlif yaş qruplarından olan tanınan-tanınmayan istedadlı gənc muğam ifaçıları
iştirak edəcək. Gecədə səslənəcək ifaların hamısı duet şəklində olacaq. Bundan
əlavə, konsertin sonunda xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər, Elçin
Həşımov və Elnur Əhmədovun müşayiəti ilə bir musiqi nömrəsi ifa edəcək.
Muğam gecəsində əməkdar artist, xanəndə Təyyar Bayramov olmaqla, muğam
ifaçıları - Arzu Əliyeva, Elşad Aydınoğlu, Aytən Məhərrəmova, Elnur Zeynalov,
Səbinə Ərəbli, Mirələm Mirələmov, Günay İmamverdiyeva, Niyaməddin
Babayev, Qızılgül Babayeva, Türkay Məlikova, Orxan Hüseynli, Elgiz Əliyev,
Cabir Həsənov, Fizzə Mirzəyeva, Gülay Zeynalova, Zeynal Əhmədov, Humay
Məmmədova, Nəzər Bəylərov, Aksana Aslanova, Xəyalə Abdullayeva, Vüqar
Musayev, Rəvanə Ərəbova, Ariz Hüseynov, Kamilə Babayeva, Hüseyn Məlikzadə,
Valid Abdullayev, Səadət Cavadova, Səfər İdrisov, Səfa Məmmədov, Nuran
Namazov, Tuqay İsmayılov, İntizam Qasımov, Ramiz Bayramov, Məhəbbət
Səfərov, Vüsal Cəfərov, Mirpaşa Şükürov, Əli Hacızadə çıxış edəcəklər.
Xanəndələri tarda Rövşən Qurbanov, Nahid Məmmədov, Humay Qədimova,
Rəşad İbrahimov, Rüstəm Müslümov, Altay Niftəliyev, Ədalət Behbudov,
Səxavət Məmmədov, Maşallah İsgəndərov, Sənan Əliyev, Ruslan Həsənov,
Tofiq Məmmədov, Elnur İbrahimov, Adil Əliyev, Mirhüseyn Əsədullayev,
Orxan Abdullayev, kamançada isə Ceyhun Muradov, Sevinc Qədimova, Araz
Ağaverdiyev, Təbriz Yusubov, Elnur Salahov, Elvin Novruzov , Pərviz Fərhadov,
Niyaməddin Allahverdiyev, Qiyas Qurbanlı, Elvin İbalı, Elnur Salahov, Siruz
Məmmədli, Hikmət Abdullayev və Cahandar Mikayılov müşaiyət edəcəklər.
Konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb. Konsertin informasiya dəstəyi APA-ya məxsusdur.