“Euronews” Nizami Gəncəvi barədə səhvini düzəltdi
11 iyun 2013 14:14 (UTC +04:00)

“Euronews” Nizami Gəncəvi barədə səhvini düzəltdi

Mərkəzi ofisi Fransada yerləşən “Euronews” telekanalının saytının rus dilində olan versiyasında Gəncə barədə hazırlanan materialda Nizami Gəncəvi fars dahisi kimi təqdim olunub.


 

APA-nın məlumatına görə, iyunun 9-da saytda yerləşdirilən “Azərbaycan həyatı” silsiləsindən “Gəncə, fars dahisi Nizaminin vətəni” (Qəndja, rodina persidskoqo qeniə Nizami) adlı yazıda və süjetdə aparıcı Pol Makdauel qeyd edir ki, fars klassiki Nizami müasir Azərbaycanda yerləşən Gəncə şəhərində anadan olub və bir çox digər şairlərin və yazıçıların yaradıcılığına təsir edib.  

 

APA “Euronews”la əlaqə saxlayaraq, N. Gəncəvinin fars kimi təqdim olunmasının yanlışlığını diqqətə çatdırıb. Bundan sonra kanal səhvi aradan qaldırıb, başlıq “Gəncə, şair Nizaminin vətəni” kimi verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1136
avatar

Oxşar yazılar