“Çölçü” beynəlxalq kinofestivalda ölkəmizi təmsil edəcək
06 fevral 2014 07:01 (UTC +04:00)

“Çölçü” beynəlxalq kinofestivalda ölkəmizi təmsil edəcək

Fevralın 26-dan martın 3-dək Çexiyanın Brno şəhərində keçiriləcək beşinci "Cinema Mundi" kinofestivalında ölkəmiz “Çölçü” filmi ilə təmsil olunacaq.

Bu barədə APA-ya “Çölçü” filminin rejissoru Şamil Əliyev məlumat verib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

 

“Çölçü” bədii filmi indiyədək 17 mötəbər beynəlxalq kinofestival və forumda iştirak edib, müxtəlif mükafatlara və diplomlara layiq görülüb. 2013-cü ildə “Humay” Milli Mükafatına layiq görülüb. Həmçinin, “Çölçü” 86-cı “Oskar” mükafatının siyahısında Azərbaycanı təmsil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643
avatar

Oxşar yazılar