“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə gənc rəssamlar arasında rəsm müsabiqəsi elan edib.
Müsabiqən mövzusu: “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Memarıdır”
Müsabiqənin şərtləri:
18-35 yaş arasında gənc rəssamlar iştirak edə bilər.
Yağlı boya, qrafika və dekorativ tətbiqi sənət əsərləri qəbul ediləcək.
Əsərlərin ölçüsü 120 sm-dan böyük olmamalıdır. Əsərlərin arxasında rəssamın adı, soyadı, telefon nömrəsi, əsərin adı, ölçüsü yazılmalıdır.
Əsərlər aprelin 15-dən 25-dək Üzeyir Hacıbəyli küçəsi, 27 ünvanındakı Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonu - “Qalereya 1969”da qəbul ediləcək.
Müsabiqənin mükafatlandırma fondu:
Hər biri 3500 manat olmaqla I yer - 3 ədəd
Hər biri 2000 manat olmaqla II yer - 3 ədəd
Hər biri 1000 manat olmaqla III yer - 3 ədəd
Hər biri 500 manat olmaqla həvəsləndirici mükafat - 5 ədəd.
Qeyd edək ki, qaliblərin əsərləri mayın 1-dən 12-dək Bakıda, mayın 20-dən 26-dək Türkiyə Böyük Millət Məclisinin İstanbul Dolmabağça Muzeyi Rəsm qalereyasında və Almaniyanın ayrı-ayrı rəsm qalereyalarında sərgilənəcək.