Martın 11-də “ÜNS” teatrında xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilən “Sirr” bədii-sənədli filminin təqdimatı olacaq.
APA-nın məlumatına görə, film C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında hazırlanıb, çəkilişlər Bakı və Parisdə aparılıb.
Yeni ekran əsərinin rejissorları Elməddin Alıyev və Xəyyam Abdullayevdir. “Sirr”in qəhrəmanı gənc rəssam Məryəm Ələkbərli özü haqqında çəkilən filmin quruluşçu rəssamıdır.
Filmdə hadisələr absurd məkanda baş verir. Bir otaqda öz yaradıcılığı ilə təkbətək qalan yaşlı rəssam qadın sonda öz əsərlərinin köməkliyi ilə yenidən həyatın başlanğıcına qayıdır.