Milli Onkologiya xəstəxanasına yerləşdirilən Musiqili Teatrın aktrisası Xanım Qafarovanın səhhətindən xəbər var. Səhhəti barədə Lent.az-a danışan əməkdar artist bildirib ki, onun üçün lazım olan qan nəhayət ki, tapılıb: “Mənim üçün lazım olan qan tapılıb. Artıq bir qədər qan bədənimə köçürülüb. Qalan hissəsi isə bu dəqiqələrdə bədənimə köçürüləcək. Qan köçürülmə prosesi müsbət yekunlaşsa, növbəti dəfə kimyaterapiya olunacağam. Necə olacağımı isə deyə bilmərəm. Ümidim Allahadır. O, məsləhət bilsə, yaxşı olacağam. Bədənimdə olan ağrılar yenə də var. Yəni müsbətə doğru bir addımda yoxdur. Yeriyə də bilmirəm. İndi xəstəxanada anam yanımdadır. O, mənə baxır”.
Qeyd edək ki, X.Qafarova süd vəzisinin xərçəngindən 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib. Əməliyyatdan sonra süd vəzilərindən və qadınlığından məhrum olub.