2014-cü ili “Türkmən şairi Məhdimqulu ili” elan edilib
11 yanvar 2014 20:36 (UTC +04:00)

2014-cü ili “Türkmən şairi Məhdimqulu ili” elan edilib

 

TÜRKSOY 2014-cü ili “Türkmən şairi Məhdimqulu ili” elan edib.

 

APA-nın məlumatına görə, bunu təşkilatın baş katibi Düsen Kaseinov bu gün Atatürk Mərkəzində keçirilən tədbirdə bildirib.

 

D.Kaseinov qeyd edib ki, Məhdimqulunun həyat və yaradıcılığına həsr olunan tədbirlərdən biri də Azərbaycanda keçiriləcək: “Biz mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə, M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirovla bu barədə müzakirələr aparmışıq və növbəti aylarda Bakıda da tədbir keçirməyi planlaşdırırıq”.

 

Qeyd edək ki, 1733-cü ildə anadan olan Məhdimqulu Fəraqi təxəllüsü ilə şeirlər yazıb. Onun yaradıcılığı türkmən ədəbiyyatının inkişafında mühüm mərhələ hesab olunur. Məhdimqulunun yaradıcılığı Azərbaycan şairləri Molla Pənah Vaqifə və Molla Vəli Vidadiyə ciddi təsir edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1125
avatar

Oxşar yazılar