11 yaşlı həmyerlimizin adı Rusiyada Qızıl Fonda salındı
28 fevral 2013 10:59 (UTC +04:00)

11 yaşlı həmyerlimizin adı Rusiyada Qızıl Fonda salındı

Rusiyada yaşayan həmyerlimiz vokal və skripka ifaçısı, 11 yaşlı Əli Muradovun ifası bu ölkənin qızıl fonduna daxil edilib. Lent.az-ın məlumatına görə, həmyerlimiz indiyədək qalib olduğu beynəlxalq müsabiqələr görə təltif edilib və onun adı Qızıl fonda daxil edilib. Bu fonda adı düşən ilk azərbaycanlı olan Əli Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub.

 

Bundan başqa, 11 yaşlı həmyerlimizin adı əlaçı şagirdlərin daxil edildiyi “Medalist”lər qrupuna da salınıb. Bu münasibətilə təntənəli and içmə mərasimi keçirilib, həmyerlimizə xüsusi medal verilib.

 

Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov beynəlxalq müsabiqələr laureatı və Qrand-pri mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilən beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib. Rusiyada fəaliyyət göstərən Azərbaycan Diasporunun təşkil etdiyi bir sıra tədbirlərdə, konsert proqramlarında ölkəmizi layiqincə təmsil edib. 11 yaşlı Əli Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülüb. Bu yaxınlarda isə İspaniyanın Lloret De Mar şəhərində skripka üzrə keçirilən beynəlxalq əhəmiyyətli “El festival De Mar Y Sol” festivalında I dərəcəli laureat diplomu ilə təltif olunub. Əli Muradov həm Rusiya, həm də Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestri ilə birgə çıxışlar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2128

Oxşar yazılar