Reanimasiyaya düşən Xalq artistinin SON DURUMU  - YENİLƏNİB
28 noyabr 2024 15:38 (UTC +04:00)

Reanimasiyaya düşən Xalq artistinin SON DURUMU - YENİLƏNİB

Bu gün Xalq artisti Sadıq Zərbəliyevin Xətai Tibb Mərkəzində müalicə olunması barədə məlumat vermişdik.

Xətai Tibb Mərkəzindən Lent.az-a verilən məlumata  görə, Xalq artisti Sadıq Zərbəliyev  noyabrın 15-də Xətai Tibb Mərkəzinin Reanimasiya şöbəsinə qəbul edilib.

Xəstəyə ürəyin işemik xəstəliyi, ağciyər-ürək çatışmazlığı, sağtərəfli plevro-pnevmoniya diaqnozu təyin olunub.

Hazırda Terapiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Bu gün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

***

saat 12:24

Tanınmış qoşanağara ustası, Xalq artisti Sadıq Zərbəliyev xəstələnib.

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə Xalq artistinin Xətai Tibb Mərkəzində müalicə aldığı bildirilib. 

Məlumata görə, o, terapiya şöbəsində müalicə alır. Bir neçə gün xəstəxanada qalan musiqiçinin vəziyyətinin artıq normala döndüyü qeyd edilib.

Xalq artisti xəstəxanaya gələrkən halının pis olduğunu, indi özünü yaxşı hiss etdiyini deyərək, həkimlərə təşəkkürünü bildirib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2691
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar