Azərbaycan hökuməti 2022-2026-cı illərdə Qarabağın bərpasına 28,9 milyard manat (17 mlrd. ABŞ dolları) sərmayə qoymağı planlaşdırıb.
Lent.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.
Qeyd edilib ki, bu vəsaitin böyük hissəsi infrastrukturun, o cümlədən bərpa olunan enerji infrastrukturunun inkişafına yönəldiləcək. Bu da Azərbaycana Türkiyə və Gürcüstana elektrik enerjisi ixracını artırmağa kömək edəcək.
“Qarabağa investisiya 2025-ci ildə də yüksək səviyyədə qalacaq. 2024-cü ildə ümumi iqtisadi artıma 1,7 faiz bəndi, 2025-ci ildə isə 1,5 faiz bəndi töhfə verəcək. Bu strategiya hökumətin dekarbonizasiya və diversifikasiya planlarının mühüm tərkib hissəsidir. Qeyri-neft ixracın artırılması da bu strategiyanın bir hissəsidir və yaşıl elektrik enerjisinin ixracı da buna daxildir” - FS əlavə edib.