Vısotski niyə hərbi xidmətdə olmayıb? – 3 SƏBƏB  - FOTO
04 dekabr 2021 12:38 (UTC +04:00)

Vısotski niyə hərbi xidmətdə olmayıb? – 3 SƏBƏB - FOTO

Onu adətən müharibə dövrünü, yaxud hərbi xidmət xatirələrini canlandıran bəstəkar, ifaçı kimi tanıyırıq.

Gitarada səlis ifa tərzi ilə də tanınan məşhur rusiyalı sənətkar Vladimir Vısotski müharibə haqqında çox mahnılar yazıb.

Bir sıra keçmiş əsgərlər Vısotskini özlərinə həmkarı kimi qəbul edirdilər, baxmayaraq ki, İkinci Dünya Müharibəsi bitəndə onun cəmi 7 yaşı var idi.

Lent.az Rusiya KİV-ə istinadən Vısotskinin hərbi xidmətdə olub-olmaması ilə bağlı dolaşan söz-söhbətlərə aydınlıq gətirməyə çalışacaq.

Əslində Vladimirin həqiqi hərbi xidmət keçmədiyi bildirilir. Kimi onun ordudan yayındığını, kimisi isə digər fərziyyələrə üstünlük verir.
 
Görkəmli sənətkar bəs niyə əsgəri xidmətdə olmayıb?

Bununla bağlı 3 versiya irəli sürülür: 

Birinci versiyaya görə, Vladimir çağırış yaşı çatanda artıq iki uşaq atası idi. Bu, orduya çağırışdan azad olmaq üçün kifayət qədər əsas verirdi.

İkinci versiya onun xəstəliyi ilə bağlıdır. Anası deyirdi ki, Vladimirin ürəyində uşaqlıqdan problem olub. 

Üçüncü fərziyyə də diqqətçəkəndir. Atası orduda yüksək vəzifə tuturdu və hərbi komissarlığa çağırışla bağlı “təsir” edə bilərdi.
 

 

# 2289
avatar

Rəsul SARI

Oxşar yazılar