Tahir Salahov, Xalq rəssamı
21 may 2021 10:23 (UTC +04:00)

Tahir Salahov, Xalq rəssamı

Tahir Salahov vəfat etdi, dəfn olunacağı yer AÇIQLANDI - YENİLƏNİB

“Tahir Salahov dünən axşam Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edib”.

Bunu APA-ya açıqlamasında Xalq rəssamının bacısı Zərifə Salahova deyib.

O, qardaşının iki gün əvvəl müalicə məqsədi ilə Almaniyaya getdiyini bildirib.

Z.Salahova Xalq rəssamının Birinci Fəxri Xiyabanda dəfn olunacağını deyib: “Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək”.

***

10:12

Azərbaycanın görkəmli rəssamı Tahir Salahov vəfat edib.

APA-nın məlumatına görə, qızı bildirib ki, T. Salahov Almaniyada dünyasını dəyişib.

# 5841
avatar

Oxşar yazılar