Şuşada İkinci Vaqif Poeziya Günləri başlayıb
14 iyul 2022 11:10 (UTC +04:00)

Şuşada İkinci Vaqif Poeziya Günləri başlayıb

Şuşada İkinci Vaqif Poeziya Günləri başlayıb

 Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri başlayıb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, 40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb.

İrəliləyən saatlarda isə tədbirin rəsmi açılışı və konsert-tamaşa olacaq.

# 1425
avatar

Oxşar yazılar