"Qafqaz əsiri" filminin ulduzu Natalya Varley mayın 18-də Moskvada bir klinikaya yerləşdirilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 73 yaşlı aktrisanın damar müayinəsinə ehtiyacı var.
Mətbuatda yayılan məlumatlara görə, Varley koronar damarların müayinəsini gözləyir və koronar angioqrafiyasından keçəcək.
Bununla belə, Natalyanın dəqiq diaqnozu hələ ki məlum deyil. Onun ürəyi ilə bağlı probleminin yarandığı ehtimal edilir.
Xatırladaq ki, aktrisa Natalya Varley "Qafqaz əsiri”, yaxud “Şurikin yeni macəraları" filmindəki rolundan sonra məşhurlaşıb.