Stalini İrana aparan vaqon Bakı deposunda:  O nələrə şahidlik edib? - FOTOREPORTAJ
24 fevral 2022 13:30 (UTC +04:00)

Stalini İrana aparan vaqon Bakı deposunda: O nələrə şahidlik edib? - FOTOREPORTAJ

Dünya tarixinin şahidi olan bu vaqon təhlükəsizlik üçün nəzərdə tutulmuşdu. Vaqondan ilk dəfə 1943-ci ildə - müharibənin qızğın çağında "Tehran konfransı" zamanı istifadə olunmuşdu. Bəzi tarixçilər qeyd edirlər ki, Stalin Tehrana birbaşa təyyarə ilə uçub. 

Amma son dövrlərdə açılan rus arxivlərindən bəlli olur ki, Stalinin marşrut qrafiki başqa olub. Deməli, Stalin təyyarə ilə Bakıya gəlir.  Bakıya gəldikdən sonra bir gün Mir Cəfər Bağırovun qonağı olur. Stalinin təhlükəsizliyini təmin etmək məqsədilə təyyarənin biri eyni vaxtda Tehranda düşür. Stalin isə sözügedən vaqonla İrana keçir. 

Lent.az xəbər verir ki, həmin vaqonda Stalin, Beriya və Bağırovun üçlü görüşü baş tutur. Görüşdə Tudə partiyasının yenidən aktivləşdirilməsi də gündəmə gəlir.

Bu vaqonla bağlı digər bir məqam Moskvada keçirilən Azərbaycan mədəniyyəti dekadasıyla bağlıdır.

Məsələn, axırıncı dəfə 1947-ci ildə Bağırovla Üzeyir bəy (Üzeyir Hacıbəyli)  həmin vaqonda Moskvaya getmişdi. 

Niyazi xatirələrində qeyd edir ki, Bağırovla Üzeyir bəy çox yaxın olublar. Mir Cəfər onu satqın ziyalılardan qoruya bilmişdi.
Xatirələrdə həmçinin o da qeyd olunur ki, söhbət zamanı Bağırov Üzeyir bəydən qardaşı Ceyhun haqqında soruşur. “Sən Ceyhunla yazışırsanmı?” sualına  Üzeyir bəy KQB nəzarətində bunun mümkün olmadığını deyir. Bağırov isə öz kanalları vasitəsilə Ceyhun  haqqında məlumat öyrənə biləcəyini bildirir. Bir sözlə, bu vaqon belə məhrəm söhbətlərin şahidi olub.

Üçüncü əlamətdar hadisə odur ki, sözügedən vaqonda Bağırovun Seyid Cəfər Pişəvəri, Padiqan və İlhami ilə gizli görüşü olub. Bu görüş cənub hərəkatının süqutu ərəfəsində baş tutmuşdu.

Vaqon Xruşşov (Nikita Xruşşov- Sovet İttifaqı Kommunist Partiyası MK Baş katibi) dönəminə qədər Mərkəzi komitənin birinci katiblərinin şəxsi təhlükəsizlik vaqonu kimi istifadə olunub. 

Lent.az məşhur vaqonun fotolarını təqdim edir:

Qeyd: Fotolarını təqdim etdiyimiz vaqon haqqında məlumatlar isə tədqiqatçı Adıgözəl Məmmədovun “M. C. Bağırov Siyasi Portret” kitabından götürülüb.

Foto Sabir Məmmədov © APA Group

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9067

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29