Lent.az sevgi haqqında aforizmləri təqdim edir. İçərisindən 25 ən yaxşısını seçməyi isə sizin öhdənizə buraxırıq.
Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırdılar.
Heyne
Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur.
Bruast
Zəruri olanda- birlik, şübhəli olanda – azadlıq, hər şeydə məhəbbət var.
Avqustin
Hamımız məhəbbər üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir.
Dizraeli
Sevgidə yeganə qələbə qaçışdır.
Bonapart
Ahıl yaşda eşq eybə çevrilir.
Balzak
Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq.
Publiy
Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur.
Hüqo
Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır.
Bernard Şou
İlk məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq.
Dizraeli
Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə ragmən sevirlər.
Hüqo
Hər bir sevgi əbədi olmaq istəyir.
Remark
Heç sevgi ilə ağılın ümumi bir cəhəti varmı?
Höte
Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur.
Dzerjinskiy.
Bir kişinin bir qadına aşiq olması kifayət oldu ki, dünya indi olduğu kimi olsun.
Volter
Əgər siz sevdikləriniz uğrunda özünüzü qurban verməkdən başlarsanız, bu, özünüzü qurban verdiklərinizə nifrətlə bitər.
V.Hüqo
Sevgi ölümdən qoruya bilmirsədə, heç olmazsa , həyatla barışdırır.
H.Senkeviç
Əgər insan 40 yaşınadək aşiq olmayıbsa, o, bundan sonra daha aşiq olmasa yaxşıdır.
Şou
Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür.
Heyne
Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır.
Qorki
Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz.
Qorki
Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb.
Laroşfuko
Tale insana qarşı nə qədər qəddar olsada, insan nə qədər tərk edilmiş və tənha olsada, hər zaman, bəlkədə ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar.
Lonqfello
Sevir, çünki sevir, sevmir, çünki sevmir – hisslərin və ehtirasların məntiqi qısadır.
Hersen
Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də özün üçündeyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir.
Aristotel.
Dostluqdada, sevgidədə əvvəl-axır hesablaşmaq vaxtı gəlir.
Bernard Şou
Həyat - çiçəkdir, sevgi isə - onun şirəsi.
V.Hüqo
Məhəbbət – ideal, nigah – real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür.
Höte
Sevgi – ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz.
Hertsen
Məhəbbət – nə keçmişi nə də gələcəyi tanımayan yeganə ehtirasdır.
Balzak
Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır.
Dzerjinski
Sevgi vardır, bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qaranlıq bilməcələr kölgəsi var.
Mikayıl Müşfiq
Eşqin tək dili gözlərdir onlar dodaqlar kimi yalan söyləməz.
Anonim
Məhəbbəti heç bir dövlətlə almaq mümkün deyil.
Şiller
Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə canana ki, ilqarı gözəldir.
Vahid
Bütün əbədi olanlardan ən qısa müddətlisi sevgidir.
Mən ki görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir, bir dəfə sevirmiş insan,
Sən demə hər dəfə sevmək olarmış.
Nüsrət Kəsəmənli
Unudar fikirdə, xəyalda təkcə
Unudmaz ürəkdən sevən – sevəni
Mən özüm – özümə unut dedikcə,
Özümü unudub sevirəm səni...
BəxtiyarVahbzadə
Sən demə təzədən sevmək olarmış
Tale də təzədən gülə bilərmiş,
Küsüb gözü yaşlı gedən məhəbbət
Peşiman – peşiman dönə bilərmiş.
Nüsrət Kəsəmənli
Həyat bir damla sudursa, eşq bir damla göz yaşıdır.
Anonim
Ağıl min gözlə baxırsa, sevgi bir gözlə baxır.
Anonim.
Mən o şuxa güli – rəna deməyim, bəs nə deyim?
Aşiqə bülbülü şeyda deməyim, bəs nə deyim?
Mən əgər eşqidə məcnun deyiləm, bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?
Vahid
Sən demə təzədən sevmək olarmış
Sevgi fürsət deyil, quş kimi uça,
Nə də yol gedir ki, qaçasan qova
Ya da sən qovasan, o səndən qaça.
Nüsrət Kəsəmənli