Rusiyanın “Eurovision”da iştirakına  qadağa qoyuldu
25 fevral 2022 20:37 (UTC +04:00)

Rusiyanın “Eurovision”da iştirakına qadağa qoyuldu

Rusiyanın “Eurovision” musiqi yarışmasında iştirakına qadağa qoyulub.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə məlumat Avropa Yayım Birliyinin saytında yer alıb.

Festivalın təşkilatçıları bildiriblər ki, 2022-ci ildə Rusiya tədbirdə iştirak edə bilməyəcək.

“Bu qərar Ukraynada görünməmiş böhran fonunda builki Rusiya namizədinin müsabiqəyə daxil edilməsinin müsabiqənin nüfuzuna xələl gətirəcəyi ilə bağlı narahatlıqları əks etdirir. AYB bu qərarı verməzdən əvvəl qurumun üzvləri ilə məsləhətləşib”, - açıqlamada vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2328
avatar

Oxşar yazılar