Yaponiya istehsalı olan “Qodzilla Konqa qarşı” (“Godzilla vs Kong”) aksiyon filminin növbəti treyleri yayılıb. Treyler “Toho” kinoşirkətinin rəsmi “YouTube” kanalında yayımlanıb.
Lent.az xəbər verir ki, filmi amerikalı rejissor Adam Uinqard ərsəyə gətirib. Treylerin kadrlarından bəzi məqamlar aydın olur ki, film onun Amerika versiyası ilə heç bir əlaqəsi yoxdur. Ancaq əsas obrazlar eynidir.
Ayrı-ayrılıqda 1933-cü və 2021-ci illərdə peyda olan nəhəng dinozavr Qodzilla və nəhəng qorilla Kinq Konq şəxsi mənafelərini qorumaq üçün amansız bir döyüşə girirlər. Ekran əsərinin süjetinə əsasən, birinci nəhəng varlıq insanlara hücum etmək üçün okeandan çıxacaq, ikinci nəhəng isə – meymun – onların qarşılaşmaları üçün Yaponiya sahillərinə gətiriləcək.
Filmin premyerası bu ilin mart ayının 26-da kinoteatrlarda və eyni zamanda “HBO Max” platformasında baş tutacaq. Ekran əsərinə baxmaq 18 yaşı tamam olan izləyicilər üçün əlçatan olacaq.