Pomidorla məhəbbətin əlaqəsi varıymış
01 aprel 2023 12:21 (UTC +04:00)

Pomidorla məhəbbətin əlaqəsi varıymış

Lent.az “ Belə yaranıb” rubrikasında maraqlı məlumatlar verməkdə davam edir.

Xarici dillərə marağı olanlar avropalıların dilindən “Məhəbbət öldü, pomidorlar soldu” ifadəsini eşitmiş olarlar. İlk eşidəndə bizim “Bağda ərik var idi, salam məleyk var idi, bağdan ərik qurtardı, salam məleyk qurtarıd” məsəlimizə bənzəsə də, əslində fərqli anlamı və yaranma səbəbi var.

Bir neçə əsr öncə fransızlar pomidora məhəbbət alması deyirdilər. 19-cu əsrdə bu ölkədə qızlar birinə aşiq olanda paltarın üstünə zərif pomidor budaqları və ya yarpaqları  yapışdırardılar.

Bununla da ətrafdakılara “qəlbim boş deyil, sevgilim var” mesajını verirdilər.
Sevgi münasibətləri başa çatan kimi qızlar pomidor budaqlarını tullayardılar və təbii ki, budaqlar solardı. Elə burdan da həmin məsəl yaranmışdı. “Məhəbbət öldü, pomidorlar soldu”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 444
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar