İki gün öncə xəstəxanaya yatırılmış Xalq artisti Ofeliya Sənaninin vəziyyəti qənaətbəxşdir.
Bu barədə Lent.az-a Xətai Tibb Mərkəzindən məlumat verilib.
“O artıq yataqdan qalxır, yeriyir və qidalanır. Özünü yaxşı hiss etdiyini söyləyir. Müvafiq müalicələr davam etdirilir. Ofeliya Sənaninin yaxın günlərdə palataya köçürülməsi planlaşdırılır”- deyə bildirilib.
Qeyd edək ki, "16 dekabr 2024-cü il tarixində, gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Çağırış əsasında 83 yaşlı Xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib. Xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.