“Netflix” Ukrayna kinematoqraflarına qrant ayırdı
30 iyul 2022 03:37 (UTC +04:00)

“Netflix” Ukrayna kinematoqraflarına qrant ayırdı

Ukrayna Kino Akademiyası və “House of Europe” “Netflix”lə birgə müharibəyə görə işini dayandırmış ukraynalı kinematoqraflara yardım ayırıb.

Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, proqram çərçivəsində kinematoqrafların təhsilini davam etdirməsi üçün maliyyə dəstəyi göstəriləcək. 
Proqram çərçivəsində ssenari yazılması üçün hər biri 15 000 dollar olmaqla 48 qrant ayrılacaq. Bundan əlavə “Netflix”də təlim keçmək üçün yüz mütəxəssisin hər birinə 1 000 avro veriləcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1798

Oxşar yazılar