Məşhur türkiyəli aktyor Özkan Uğur 69 yaşında vəfat edib.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, bu barədə xəbəri ölkənin səhiyyə naziri Fəxrəddin Qoca paylaşıb:
"Sevimli Özkan Uğuru itirdik. Hər bir dinləyicinin dostu, könül qaynağı olan bu səsi unutmayacağıq. Mərhuma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm".
Qeyd edək ki, sənətçi uzun müddətdir xəstəxanada müalicə alırdı.