Məşhur fransız rejissoru Jan-Lük Qodar evtanaziya yolu ilə könüllü həyatdan köçüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Liberation" qəzeti məlumat dərc edib.
Rejissorun ailəsi 91 yaşlı Jan-Lük Qodarın İsveçrə hökumətindən evtanaziya proseduru ilə bağlı müvafiq icazə aldığını və Cenevrə gölü sahilindəki Roll şəhərində dünyadan köçdüyü bildirilib.