Kinorejissor Çingiz Rəsulzadə
22 iyun 2021 18:25 (UTC +04:00)

Kinorejissor Çingiz Rəsulzadə

“Kuklalar”ın rejissoru evində ölü tapıldı

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinorejissor Çingiz Rəsulzadə 49 yaşında dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, Şağan kəndindəki mənzilində tək yaşayan rejissor bu gün səhər saatlarında qardaşı tərəfindən evində ölü vəziyyətdə tapılıb. Rejissorun ölüm səbəbi hələki dəqiqləşdirilməyib. Çingiz Rəsulzadə bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, Ç.Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “İkinci” qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən "Kuklalar" (2009) filminin quruluşçu rejissorudur.

Xatırladaq ki, 49 yaşlı rejissor çəkdiyi filmlərdə hər zaman müharibə mövzusuna toxunmağa çalışıb. Qarabağ müharibəsi zaman azərbaycanlı insanının çəkdiyi iztirablar, əzab əziyyətlər rejissor və sənət adamı kimi onu hər zaman narahat edib, düşündürüb.

 

 

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5345

Oxşar yazılar

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

14 avqust 2025 , 13:15