Məşhur aktyor Yan Makkellen
18 dekabr 2020 10:46 (UTC +04:00)

Məşhur aktyor Yan Makkellen

Koronavirus peyvəndi vurduran ilk məşhur: “Boğulmuş kimi hiss edirəm”

“Üzüklərin hökümdarı” serialının “Gandalf”ı Yan Makkellen, koronavirus peyvəndi vurulan ilk məşhur oldu.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, 81 yaşlı İngilis aktyora Londondakı Kraliça Mary Universitetinin Xəstəxanasında peyvəndin ilk iki dozası verilib.

Peyvənddən sonra açıqlama verən Makkellen, "Çox özəl bir gündür, sevincdən boğulmuş kimi hiss edirəm" deyib.

Məşhur aktyor, "Mənimlə eyni yaşda olan hər kəs bu qədər yaşadığına görə əvvəllər vurdurduqları peyvəndlərə borcludur" sözlərini də əlavə edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar