Keçmiş xarici işlər nazirinin kitab təqdimatı oldu
06 aprel 2022 12:10 (UTC +04:00)

Keçmiş xarici işlər nazirinin kitab təqdimatı oldu

Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənovun "Дипломатия под грохот орудий: первая дипломатическая миссия Азербайджанской Республики" adlı kitabının təqdimatı olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev Həsən Həsənovun xarici işlər naziri olduğu müddətdə Azərbaycan diplomatiyasının fəaliyyətindən bəhs edib. O qeyd edib ki, həmin illərdə Azərbaycan üçün çox vacib olan 4 qətnamə qəbul olunub:

"Bu qətnamələrin yerinə yetirilməsini Azərbaycan özü təmin edib. Lakin Ermənistan hökuməti və ətrafındakı qüvvələr yenə də Azərbaycan ərazilərinə iddia edirlər. Ona görə, bu qətnamələr hələ də aktuallığını saxlayır. Kitabda bir sıra vacib sənədlər, o dövrdə BMT Təhlükəsizlik Şurasının baş katibinin bəyanatları da yer alıb. Biz danışanda 4 qətnaməyə istinad edirik. Amma həmin bəyanatlar da olduqca əhəmiyyətlidir" - deyə qeyd edib.

Daha sonra çıxış edən H. Həsənov kitabın hazırlanmasına hələ nazir işlədiyi dövrdən başladığını bildirib. O əlavə edib ki, hazırda rus dilində olan kitab ingilis və Azərbaycan dillərində də nəşr olunacaq:

"Əsəri Əlimərdan bəy Topçubaşovun nümayəndə heyətinin tərkibinə həsr etmişəm. O, Azərbaycanın müstəqilliyini, biz isə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıtmağa getmişdik. Hesab edirəm ki, hər iki nümayəndə heyəti məqsədinə nail olub. Əsərin müəyyən hissələrini hələ nazir olanda yazmışam. Kitabın hazırlanması uzun müddəti əhatə edir. Kitabın təqdimat mərasiminin bu günə salınması da təsadüfi deyil. 1993-cü il aprelin 6-da Azərbaycan hökumətinin BMT-də daimi nümayəndələrinin təsisatı haqqında qərar verilib. Hesab edirəm ki, Prezident İlham Əliyev seçilən gündən müharibənin olacağını bilirdi və başa düşürdü. Amma biz münasibətləri tənzimləmək üçün danışıqlar aparır, digər tərəfdən də ordumuzu formalaşdırırdıq. Bu da 44 günlük Vətən müharibəsində özünü göstərdi" - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2214
avatar

Oxşar yazılar